“AZINTELECOM”DA İŞLƏMƏK ŞANSI VERƏN TƏCRÜBƏ PROQRAMI!

Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçərək işləmək şansı qazanmaq istəyirsən?

Rəqəmsal məhsulların yaradılması və bu sahədə xidmətlər üzrə ixtisaslaşmış “AzInTelecom” MMC məzunlara bu şansı vermək üçün 3 aylıq təcrübə proqramı elan edir.

Proqram çərçivəsində hazırda “AzInTelecom” MMC-də vəzifə tutan peşəkar şəxslər iştirakçılara təlimlər keçəcək, həmçinin, praktiki işin gedişatında mentorluq edəcəklər. Proqrama qəbul edilən şəxslər şirkətin real layihələri üzərində işləyərək böyük təcrübə qazanmış olacaqlar.

“AzInTelecom” MMC aşağıdakı ixtisaslar üzrə təcrübə və iş imkanları təklif edir:

  • İnformasiya Texnologiyaları
  • Proqramlaşdırma
  • Marketinq və Satış
  • Hüquq
  • Keyfiyyətə nəzarət
  • İnsan resurslarının idarəolunması
  • Layihələrin idarəolunması

Namizədlər üçün ilkin tələblər:

  • Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2019-ci ildə və ondan sonra bitirən, həmçinin 2022-ci ildə bitirəcək şəxslər;
  • Təhsili yuxarıda qeyd olunan ixtisaslar üzrə olan şəxslər.

Proqramı uğurla bitirən iştirakçılar şirkət tərəfindən iş təklifi almaq şansı əldə edəcəklər.

Müraciət üçün [email protected] ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” ifadəsini qeyd edin.


cv forması

CV forması saytı sizə istəlinən cv formasını yaratmaqda köməklik edəcəkdir.

Bölmələr

Sosial

© 2024 CVformas.az All Rights Reserved

Telegram hesabına qoşularaq ən son iş elanlarından xəbərdar olun.