CV göndərərkən nələrə diqqət edilməli?

İş axtarma prosesində atdığınız hər addım önəmlidir. Sadəcə iş görüşməsi zamanı yox, şirkətə e-poçt göndərərkən də diqqət etməyiniz lazım olan məqamlar var.
İşə müraciət çox olduğu zamanlarda HR mütəxəssisləri üçün gələn CV-lər arasından dəyərləndirmə etmək çətinləşə bilər. Bu baxımdan CV göndərərkən diqqət edilməsi lazım olan məsələləri nəzərdən keçirək.
- HR mütəxəssisləri eyni anda bir neçə iş elanı müraciətlərinə baxır. Buna görə CV-lərin qarışmaması üçün elanın nömrəsini və ya işin başlığını e-poçt mövzusunda qeyd etmək lazımdır.
- Müraciət etdiyiniz vakansiya ilə bağlı çox uzun olmayan bir ön yazı yazmaqda fayda var. Ön yazıda peşəkar həyatınız haqqında və şirkətə qata biləcəyiniz dəyər haqqında yazı yaza bilərsiniz.
- Əgər şirkətə ümumi müraciət edirsinizsə, işləyə biləcəyiniz sektor və ya vəzifəni e-poçtda yazmalısınız.
- CV göndərərkən fayl adını mütləq öz ad soyadınız olacaq şəkildə tərtib edin. “cv.pdf” və ya “123.pdf” şəklində göndərməyin.
- E-poçt göndərərkən, “Bu işə ehtiyacım var” kimi yazılar yazmayın. Unutmayın ki, HR mütəxəssisinin məqsədi ən yaxşı namizədi tapmaqdır.
- E-poçt göndərməzdən əvvəl onu bir neçə dəfə oxumağınızda fayda var.
Digər namizədlərdən bir addım öndə olmaq, professionallığı hiss etdirmək üçün yuxarıda göstərilənlərə diqqət etməlisiniz.






