CV göndərərkən nələrə diqqət edilməli?

İş axtarma prosesində atdığınız hər addım önəmlidir. Sadəcə iş görüşməsi zamanı yox, şirkətə e-poçt göndərərkən də diqqət etməyiniz lazım olan məqamlar var. 

İşə müraciət çox olduğu zamanlarda HR mütəxəssisləri üçün gələn CV-lər arasından dəyərləndirmə etmək çətinləşə bilər. Bu baxımdan CV göndərərkən diqqət edilməsi lazım olan məsələləri nəzərdən keçirək.

  • HR mütəxəssisləri eyni anda bir neçə iş elanı müraciətlərinə baxır. Buna görə CV-lərin qarışmaması üçün elanın nömrəsini və ya işin başlığını e-poçt mövzusunda qeyd etmək lazımdır.
  • Müraciət etdiyiniz vakansiya ilə bağlı çox uzun olmayan bir ön yazı yazmaqda fayda var. Ön yazıda peşəkar həyatınız haqqında və şirkətə qata biləcəyiniz dəyər haqqında yazı yaza bilərsiniz.
  • Əgər şirkətə ümumi müraciət edirsinizsə, işləyə biləcəyiniz sektor və ya vəzifəni e-poçtda yazmalısınız.
  • CV göndərərkən fayl adını mütləq öz ad soyadınız olacaq şəkildə tərtib edin. “cv.pdf” və ya “123.pdf” şəklində göndərməyin.
  • E-poçt göndərərkən, “Bu işə ehtiyacım var” kimi yazılar yazmayın. Unutmayın ki, HR mütəxəssisinin məqsədi ən yaxşı namizədi tapmaqdır.
  • E-poçt göndərməzdən əvvəl onu bir neçə dəfə oxumağınızda fayda var.

Digər namizədlərdən bir addım öndə olmaq, professionallığı hiss etdirmək üçün yuxarıda göstərilənlərə diqqət etməlisiniz.


cv forması

CV forması saytı sizə istəlinən cv formasını yaratmaqda köməklik edəcəkdir.

Bölmələr

Sosial

© 2022 CVformas.az All Rights Reserved