Kapital Bank Bizdən Biri Təcrübə Proqramı 2022

İş barədə məlumat
Ümumi məlumat
Kapital Bank namizədləri Kiçik və Orta sahibkarlarla iş Departamentində Bizdən Biri Təcrübə Proqramı RM FACTORY üzrə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Görülmüş işlər üzrə hesabatlar verməl və s.
Namizəd üçün tələblər
• Ali təhsil;
• Təqdimetmə bacarığı;
• Kommunikasiya bacarığı;
• Sərbəst danışıq;
• Məntiqi düşüncə;
• Azərbaycan dilində səlis oxumaq və yazmaq bacarığı;
• Korporativ dəyərlərə uyğun olmaq.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.azportalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.