ABB – dən təcrübə proqramı 2022

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

Bankımız Bakı və Sumqayıt şəhərləri üzrə “ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramını davam etdirir!
Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız iqtisadi sahələr üzrə ali təhsil alan tələbələri, həmçinin ali təhsilini yenicə bitirmiş məzunları təcrübə proqramında iştirak etməyə dəvət edir.

Namizədlər aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:

  • Çevik
  • Təşəbbüskar
  • Həvəsli
  • İşgüzar
  • Gülərüz
  • Məsuliyyətli
  • Ünsiyyətcil

“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşma, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək “Təcrübə proqramları” bölməsində müvafiq təcrübə proqramına müraciət edə bilərlər.

______________________________________________________

CV forması nümünələri

Təcrübə proqramı

Pulsuz cv forması ( izahı və 20 cv )

Əlaqə: 055-941-82-20

Mail: [email protected]

Instagram: cvformasi.az

________________________________________________________


cv forması

CV forması saytı sizə istəlinən cv formasını yaratmaqda köməklik edəcəkdir.

Bölmələr

Sosial

© 2024 CVformas.az All Rights Reserved

Telegram hesabına qoşularaq ən son iş elanlarından xəbərdar olun.