Təcrübə proqramı üçün necə CV hazırlamaq olar?

Təcrübə proqramı üçün necə CV hazırlamaq olar?

1)Şəxsi məlumatlarınızı əlavə etməklə başlayın

CV-nizin əvvəlində ad və soyad, ünvan, telefon nömrələri və e-poçt ünvanları yazılmalıdır. Bu məlumatların doğruluğundan mütləq əmin olun. Şəxsi məlumatları əlavə edərkən əlaqə vasitələri ilə birlikdə “Linkedin” profilinizin linkini də əlavə etməyiniz məsləhət görülür. Bir tələbə olaraq “Linkedin”i aktiv istifadə etməyiniz mütləq diqqət çəkəcəkdir.

2)Özünüz haqqında qısa məlumat yazın

İstər təcrübə proqramı üçün istərsə də iş üçün CV hazırlayarkən bu hissəni unutmamağınız məsləhət görülür. Özünüzü 5 cümlədən çox olmaması şərti ilə CV-də necə ifadə edə biləcəyinizi düşünün.

3)Təhsil haqqında məlumatları əlavə edin

Əgər iş təcrübəniz yoxdursa bu bölmədə təhsilinizi ilk vurğulamağınız vacibdir. Yazarkən tərs xronoloji ardıcıllığı gözləyin, yəni ilk öncə sonuncu təhsil aldığınız sahəni yazın. Bu bölmədə ortalama balı (GPA), universitetə giriş balını, təhsil aldığınız müddətdəki xüsusi nəlaiyyətləriniz varsa, qeyd edin.

4)Əvvəl iştirak etdiyiniz könüllülük/təcrübə proqramları vurğulayın

Təhsildə olduğu kimi təcrübələr də tərs xronoloji ardıcıllıqla yazılmalıdır. Könüllülük etdiyiniz və ya təcrübə keçdiyiniz müəssisənin adı, fəaliyyət sahəsi, sizin həmin müəssisədəki fəaliyyətləriniz, öyrəndikləriniz bu hissədə qeyd edilə bilər.

5)Texniki və qeyri-texniki bacarıqları qeyd edin

Bu bölmədə bildiyiniz xarici dillər və kompüter bacarıqları haqqında yazılmalıdır. Bildiyiniz dilləri, proqramları yazarkən onların yanında bilik səviyyəsi də əlavə olunmalıdır.

6)Təlimlər/Sertifikatları əlavə edinİştirak etdiyiniz təlimlər, kurslar, sertifikat proqramlarınızı bu hissədə qeyd etməlisiniz.

Bu məlumatları qeyd edərkən müracət etdiyiniz sahə ilə əlaqəli olmasına və ya sizə o sahədə xüsusi bilik, bacarıq qatmış olmasına diqqət edin. Kursu, təlimi keçdiyiniz təşkilat və keçirilən tarixi də qeyd etməyi unutmayın.

7) Son olaraq referans da əlavə edə bilərsiniz

Bu hissədə müəllimləriniz, könüllü ikən çalışdığınız komanda rəhbəri, əvvəlki təcrübələrinizdəki birgə çalışdığınız rəhbərləri qeyd edə bilərsiniz.  Bu hissə bir çox namizəddə boş qaldığı üçün sizə üstünlük qazandıra bilər. 

Əlaqə:

📞054-941-82-20
🌐cvformasi.az

#cvforması#vakansiya#vakansiyalar#tecrubeproqrami#işelanları#cvnümunə


cv forması

CV forması saytı sizə istəlinən cv formasını yaratmaqda köməklik edəcəkdir.

Bölmələr

Sosial

© 2022 CVformas.az All Rights Reserved