CV – yə zəng gəldi nə geyinim gedim?
İş görüşünə gedərkən geyindiyiniz şeylərin haqqınızda çox şey dediyini bilirdiniz? Müsahibə əsnasında bəhs etdiyiniz iş həyatınız qədər, görünüşünüz də işə qəbul olunma qərarına təsir edir.
Güvəndiyiniz CV-ə sahib ola bilərsiniz lakin bu tək başına işə qəbul olunmağa kifayət etmir. Görüş əsnasında olan enerjiniz, hərəkətləriniz hətta geyim seçiminiz də haqqınızda veriləcək qərara təsir göstərir.
Müsahibə üçün geyim işin növünə, sahəsinə, şirkət dəyərlərinə və s. görə dəyişir. Bu səbəbdən potensial iş yerinin geyim tərzinin necə olduğuna dair bir fikir sahibi olmaq üçün araşdırma etməkdə fayda var. Rəsmi və ciddi qaydaları olan şirkətə rahat geyim ilə getmək əleyhinizə ola bilər. Eyni şəkildə rahat bir mühitə sahib olan şirkətə kostyum geyinmək də uyğun olmaya bilər.
Geyiminiz peşəkar görünməyiniz ilə yanaşı özünüzə olan güvəni də artıracaqdır. Geyimin səliqəsinə – qırışlar, ləkə və s. kimi detallara öncədən fikir verməyinizdə fayda var.
Bəzi insanların ağır ətir qoxularına qarşı allergiyası ola bilər. İstifadə etdiyiniz ətirin qoxusu kəskin dərəcədə olarsa bu qarşı tərəf üçün xoş olmayan hiss yarada və intervyu prosesinə təsir edə bilər.
İş müsahibəsinə getməzdən əvvəl geyiminizi hazır etməyinizdə və geyinib yoxlamağınızda fayda var. Bütün bu yazılanlarda ən önəmli olan şey başlıca özünüzü yaxşı hiss etməyiniz və tamamilə diqqətinizi görüşə verməyinizdir. Siz özünüzü ən yaxşı şəkildə ifadə etdiyiniz halda uğur sizinlə olacaqdır.